...

Qarabağda erməni dilinin istifadəsinə imkan yaradılacaq

Cəmiyyət Materials 2 Oktyabr 2023 16:30 (UTC +04:00)
Qarabağda erməni dilinin istifadəsinə imkan yaradılacaq
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın erməni sakinlərinin erməni dilindən istifadəsinə imkan yaradılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası (PA) məlumat yayıb.

Bildirilib ki, sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti