...

Komitə sədrindən narkomanlığın qarşısının alınması üçün TƏKLİF

Cəmiyyət Materials 6 Oktyabr 2023 13:24 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkədə narkomanların, o cümlədən qadın və uşaqların sayı hələ də çoxdur. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması narahatlıq yaradır.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, narkotik cəmiyyətin əsası olan ailəni dağıdır, ailədaxili münaqişələrin, məişət zəmnində zorakılığın artmasına və xəstə uşaqların doğulmasına səbəb olur.

“Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac yaranır", - deyə komitə sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti