...

Xocalıda milyon dollarlıq narkotik becərilib - Elşad Hacıyev

Cəmiyyət Materials 6 Oktyabr 2023 18:26 (UTC +04:00)
Xocalıda milyon dollarlıq narkotik becərilib - Elşad Hacıyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aşkar edilən faktlar və ümumi vəziyyət onu deməyə əsas verir ki, 30 il ərzində nəzarətsiz zona kimi olan bu ərazilərdə yalnız cinayətkar fəaliyyət təşkil olunub.

Trend xəbər verir ki, bunu Xocalıda narkotik plantasiyası aşkarlanan ərazidə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

Elşad Hacıyevin sözlərinə görə, yerli əhali həmin bu cinayətkar fəaliyyətə cəlb edilib:

“Nəticə etibarilə, Xocalı rayonunun Ballıca ərazisində böyük narkotik plantasiyası aşkarlanıb. Aparılan təhlillər onu deməyə əsas verir ki, hələ bu görünənlərdir. Demək ki, hansısa parniklərdə, istixanalarda narkotik vasitələrin başqa növlərinin, kimyəvi tərkibli narkotik maddələrin hazırlanması prosesi istisna edilmir. Aşkar edilən faktlar üzrə, sözsüz ki, müvafiq cinayət işi açılıb. Və bunun əsasında müəyyən ediləcək ki, bütün bu vasitələr harada və necə realizə olunub”.

Xidmət rəisi qeyd edib ki, əraziyə mütəxəssislər dəvət edilib, onların yekun qərarı dinlənilib: “Yekun qərar o oldu ki, bu ərazilərdə narkotik vasitələr xüsusi üsul və qulluqla yetişdirilib, becərilib və digər ölkə vasitəsilə qara bazara çıxarılması təmin edilib. Bu ərazilərdə təqribən milyon dollar həcmində narkotik vasitələrin əkin-biçini aparıldığını düşünürük”.

E. Hacıyev ərazidə digər transmilli cinayətkarlıq növlərinin də aparılmasının istisna edilmədiyinin əlavə edib: “Bu gün Azərbaycan Respublikasının əsas işi aidiyyəti dövlət qurumlarının əsasında məhz bu ərazinin de-kriminallaşdırılmasıdır. Başqa bir təhlükəmiz isə mina təhlükəsidir. Xüsusilə təmas xətti boyunca sahələr var ki, müxtəlif tamamilə minalarla döşənmişdir. Ərazidə sürpriz minalar da çoxluq təşkil edir - körpülərdə, yol kənarlarında, su hövzələrin kənarında və sair. Bütün hallarda diqqət ona yönəlib ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti