...

Nazirlik rəsmisi bağçalarda sıxlığın aradan qaldırılması məsələsindən danışdı

Cəmiyyət Materials 12 Oktyabr 2023 15:36 (UTC +04:00)
Nazirlik rəsmisi bağçalarda sıxlığın aradan qaldırılması məsələsindən danışdı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər təhsilə əlçatanlığın artırılması üçün fərqli modellər üzərində çalışırıq.

Trend xəbər verir ki, bunu Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova "Təhsil TV"də qonaq olarkən deyib.

O bildirib ki, bəzi yerlərdə bağçalarda sıxlıq var.

"Bu problemin aradan qaldırılması üçün həm beynəlxalq təşkilatlar vasitəsilə, həm komanda olaraq çalışırıq. Dünyada bir çox uğurlu modellər var. Lakin harada hansı modelin tətbiqinin uğurlu olacağı ilə bağlı ciddi təhlil aparılmalıdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti