...

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi əməkdaşlıq memorandumu imzalayıb

Cəmiyyət Materials 17 Oktyabr 2023 10:16 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi əməkdaşlıq memorandumu imzalayıb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva imzalayıblar.

Memoranduma əsasən 1 nömrəli Bakı Tibb Kollecinin orta tibb işçilərinin peşə vərdişlərinə daha yaxşı yiyələnməsi üçün Mərkəzi Gömrük Hospitalında təlimlərin keçirilməsi, birgə sertifikatlaşdırılmış tibbi təlim kurslarının və elmi-təcrübi konfransların keçirilməsi, tədqiqatlarla bağlı birgə layihələrin işlənilməsi, müştərək seminar, ümumi konfrans, simpozium, o cümlədən sosial, xeyriyyə və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Gömrük Hospitalı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti