Füzulidə mərkəzi park salınacaq

Cəmiyyət Materials 17 Oktyabr 2023 12:17 (UTC +04:00)
Günay Quliyeva
Günay Quliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Füzulidə Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə mərkəzi park salınacaq.

Trend xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova mətbuat konfransında deyib.

"Parkda idman və uşaq meydançaları üçün infrastrukturun yaradılması planlaşdırılır. Həmçinin, parkın baş planı "Rebuild Karabakh" sərgisində təqdim olunacaq", - deyə o, qeyd edib.

Xatırladaq ki, "Xəzər tikinti həftəsi" "Caspian Event Organizers" və "Iteca Caspian" şirkətləri tərəfidnən təşkil olunub və 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı (Rebuild Karabakh) Sərgisini, 28-ci Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild) Sərgisini, 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (Aquatherm Baku) Sərgisini və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisini birləşdirir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:

Xəbər lenti

Xəbər lenti