...

AZPROMO və AIM Qlobal Fondu arasında memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2023 11:56 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən 8-ci Ümumdünya İnvestisiya Forumu (WIF 2023) çərçivəsində AIM Qlobal Fondu ilə Anlaşma Memorandumu imzalayıb.

İnnovasiyalar və texnologiya sektorunun inkişafında mühüm rol oynayan yüksək səviyyəli tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edəcək memorandumu AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov və AIM Qlobal Fondunun prezidenti Davud Əl Şezavi imzalayıblar.

Saziş həmçinin 2024-cü ilin may ayında keçirilməsi planlaşdırılan və Fondun təşəbbüsü olan İllik İnvestisiya Toplantısı (Annual Investment Meeting – AIM) çərçivəsində innovasiyalar və texnologiya sektoruna investisiyaların təşviqi üzrə tərəfdaşlığı nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti