...

Fərdi məlumatların qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır

Cəmiyyət Materials 26 Oktyabr 2023 14:52 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-kritik olan infrastrukturlarda müəyyən kibertəhlükəsizlik normaları formalaşmalıdır.

Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov "Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir" adlı paneldə çıxışı zamanı deyib.

S.Rəsulov qeyd edib ki, vətəndaşların fərdi məlumatlarını qorumaq vacibdir:

"Ölkədə mövcud olan fərdi məlumatların qorunması ilə bağlı qanun var və hazırda yeni qanun layihəsi hazırlanır. Ümid edirəm ki, ilin sonuna qədər yeni qanun layihəsinin qəbul edilməsi üçün aidiyyəti üzrə təqdim ediləcək.

Texnologiya dayanmadan inkişaf edir və qanunvericilik də bu inkişafla ayaqlaşan olmalıdır. Amma bu, o demək deyil ki, bir qanun qəbul edildi və 10 il həmin qanuna istinadən qərar veriləcək. Yeni və müasir tələblərə cavab verən qanun olmalıdır”.

Xəbər lenti

Xəbər lenti