...

Magistral kəmərdə qəza baş verdi - Su kəsildi

Cəmiyyət Materials 30 Oktyabr 2023 16:14 (UTC +04:00)
Magistral kəmərdə qəza baş verdi - Su kəsildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza olub, bəzi ərazilərdə su kəsilib.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Trend-ə bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində dünəndən təmir gedir.

"Su kəmərində dünəndən başlayaraq təmir aparılır. Bu gün ya sabah təmir başa çatacaq. Biz suyu anbarlarla tənzimləyirik. Su yol boyu müəyyən müddət bəzi ərazilərdə olmaya bilər.

Bu da böyük ərazini əhatə etmir. Oğuz-Qəbələ-Bakı su kəmərində problem olanda Ceyranbatan su anbarından Hökməlidəki su anbarına çəkdiyimiz xətlə su vururuq. Ordan da əhali normal su ilə təmin edilir", - deyə o qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti