...

Azərbaycanda onkoloji xəstələr üçün ayrılan vəsaitin məbləği açıqlandı

Cəmiyyət Materials 30 Oktyabr 2023 16:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il üçün Azərbaycanda onkoloji xəstələr üçün ayrılan vəsaitin məbləği açıqlanıb.

Trend-in məlumatına görə, 2024-cü ilin dövlət büdcəsinin layihəsində qeyd edilir ki, onkoloji xəstəliyə tutulmuş şəxslərin sağlamlığının qorunması, dərman peraparatlarına olan tələbatının ödənilməsi, müayinə, müalicə və reabilitasiyanın həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzinə və Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasına 50.1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000 min manat, xərcləri 36 763 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547 min manat, yerli xərcləri 782 453 min manat) məbləğində nəzərdə tutulur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti