Bakı. Trend:
Əfqan Cəlilov Dövlət Dəniz və Liman Agentliyinin sədrinin müavini təyin edilib.
Bu barədə Trend-ə Dövlət Dəniz və Liman Agentliyindən məlumat verilib.
Ə.Cəlilov eyni zamanda müvəqqəti olaraq Agentliyin sədri vəzifəsini icra edəcək. O, daha əvvəl “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyinin sədri Arif Məmmədov oktyabrın 27-də vəzifəsindən azad olunub. A.Məmmədov Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.