...

"Dağıstan" gəmi-bərəsinin təmiri başa çatıb

Cəmiyyət Materials 13 Noyabr 2023 14:48 (UTC +04:00)
"Dağıstan" gəmi-bərəsinin təmiri başa çatıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dəniz Nəqliyyatı Donanmasına məxsus "Dağıstan" gəmi-bərəsi əsaslı təmir olunub.

Trend bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-yə istinadən xəbər verir.

ASCO-nun məlumatlarına görə, "Dağıstan" gəmi-bərəsində komanda-yayım qurğusu, sürət ölçən laq qurğusu əsaslı təmir olunub, iki ədəd stasionar UQD radiostansiya üçün antenna quraşdırılıb, radionaviqasiya avadanlıqları yoxlanılıb və təmir olunub.

QSC-nin məlumatlarına görə, baş və köməkçi mühərriklərin əsaslı təmiri ilə yanaşı, gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexanizmlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb. Eyni zamanda, gəminin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Qeyd edək ki, ASCO-nun məlumatlarına əsasən, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb.

Dəniz sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti