...

Ermənistanın ekoloji TERRORU: Ətrafın çirkləndirilməsi onların xislətindəndir (VİDEOMÜSAHİBƏ)

Cəmiyyət Materials 13 Noyabr 2023 16:56 (UTC +04:00)
Ermənistanın ekoloji TERRORU: Ətrafın çirkləndirilməsi onların xislətindəndir (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə Ermənistanın ekoloji terroru davam etməsi ilə bağlı görüntülər yayılır. Bu dəfə isə Ermənistan Araz çayına tərkibində kimyəvi maddələr olan sənaye tullantılar axıdıb. Məlumata görə, bu görüntülər Ermənistanın Sünik vilayətində çəkilib. Bu da bir daha onu sübut edir ki, Ermənistan ekoloji terrorunu davam etdirir.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova söyləyib.

Onun sözlərinə görə, yayılan görüntülərdən də məlum olduğu kimi, Ermənistan Araz çayına tərkibində kimyəvi maddələr olan sənaye tullantılarını axıtmaqda davam edir.

"Ermənistanın dağ mədən sənayesində heç bir beynəlxalq standartlar gözlənilmir. Bunun nəticəsində də ətraf mühitə ziyan dəyir. Belə ki, dağ-mədən sənayesi obyektlərinin tullantıları heç bir təmizlik aparılmadan və tədbirlər görülmədən su hövzələrinə axıdılır. Bu da Araz çayı vasitəsi ilə su hövzələrini çirkləndirir. Araz çayı ölkəmizdə əsasən suvarma çayı kimi istifadə edilir. Çaya axıdılan tullantılar təsərrüfatla yanaşı çayda olan canlı aləmə ciddi ziyan vurur”, - deyə Q.Yusubova qeyd edib.

Qeyd edək ki, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində Araz çayının çirkləndiyini adi gözlə belə görmək olur. Adiçəkilən ərazilərdə insanların xərçəng xəstəliyinə tutulma nisbəti xeyli yüksək səviyyədədir və çayın çirklənməsi bu xəstəliyin artmasında mühüm rol oynayır.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti