Bakı. Trend:
Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 449 , bu günə qədər isə ümumilikdə 7 708 883 test icra olunub.