...

Şəkidə restoranın fəaliyyəti məhdudlaşdırıldı (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2023 20:02 (UTC +04:00)
Şəkidə restoranın fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Şəki şəhəri B.Vahabzadə küçəsi, Kiş yolunda fəaliyyət göstərən, fiziki şəxs Namiq Mabud oğlu Əliyevə məxsus “Bənövşə” restoranının fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə işlərin görülməsinə, xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti