...

Havada dəm qazı normadan artıqdır

Cəmiyyət Materials 13 Noyabr 2023 19:19 (UTC +04:00)
Havada dəm qazı normadan artıqdır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm və kükürd qazları normadan yüksək olub.

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, kükürd qazı 1.1, Sumqayıt şəhərində azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti