Bakı. Trend:
9 yaşında tərk etdiyim Laçına dönmək mənim üçün ən böyük sevinc hissidir.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Ülviyyə Tağıyeva deyib.
Onun sözlərinə görə, hazırda valideynlərini yerləşdirməyə aparır. Tezliklə özünün də Laçında məskunlaşacağı günü gözləyir.
"Köçkünlük həyatı bizim üçün çox çətin oldu. O həyatı yaşamayan onu dərk edə bilməz. 9 yaşında bir uşağın isti evindən meşələrə didərgin düşməsi çox acıdır. Bu gün isə çox həyəcanlıyam. Yurdumuza dönüş davam edir. Ali Baş Komandanımıza təşəkkür edirəm. Onun iradəsi sayəsində xalqımız bir oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Şəhidlərimizin, qazilərimizin valideynləri, ailələri və övladlarının qarşısında baş əyirəm. Biz onların canı, qanı bahasına o torpaqlara geri qayıdırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün də daxil olmaqla Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.