...

Gözəllik salonundan lazer aparatları oğurlandı

Cəmiyyət Materials 15 Noyabr 2023 10:58 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Saray qəsəbəsində gözəllik salonundan lazer aparatları oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 13-nə keçən gecə Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 20.000 manat dəyərində 2 ədəd lazer aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Bayramov və Vüsal Hacıbəyov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti