...

“Yalama Aqropark"dakı yanğınla bağlı son vəziyyət

Cəmiyyət Materials 17 Noyabr 2023 10:12 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da baş verən yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Trend xəbər verir ki, noyabrın 16-sı günorta saatlarından başlayan yanğın artıq tam məhdudlaşdırılıb və ərazidə soyutma işləri görülüb.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və 4 yanğınsöndürən maşını var.

Yanğın aqroparkın 5 min kvadratmetrə yaxın ərazini əhatə edən ot anbarında baş verib. Anbardakı ot ehtiyatı kipləşdirilmiş bağlamalarda saxlanılırdı. Yanğınsöndürənlər tərəfindən yanğının heyvandarlıq kompleksindəki fermalara keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.

Xəbər lenti

Xəbər lenti