Bakı. Trend:
Uşaqlıq xatirələrimi gerçəkdə canlandırmaq böyük arzumdur.
Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kənd sakini Fazil Rəsulov deyib.
Onun sözlərinə görə, 31 il doğma diyar həsrətimiz başa çatır.
"Uşaq ikən tərk etdiyim Zabuxa ailəmlə birlikdə dönürəm. Uşaqlıq sevincimi yenidən Zabuxda yaşayacağam. Allah Prezidentimizi var eləsin. Torpaqlarımızın işğaldan azad olunmasının memarı Ali Baş Komandanımızdır. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin", - deyə o qeyd edib
Qeyd edək ki, bugünkü (18.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 71 ailə (291 nəfər) köçürülüb.