...

Şərqi Zəngəzurda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti vahid indekslərin siyahısına daxil edildi

Cəmiyyət Materials 20 Noyabr 2023 16:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti sözügedən siyahıya daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti