Bakı. Trend:
Fransanın müstəmləkəçilik siyasəti hələ də davam edir.
Bu barədə Trend-ə açıqlamasında Seneqal "Y DNA VİTAL" LTD təşkilatının rəhbəri İbrahima Diagne deyib.
O qeyd edib ki, aparılan bu müstəmləkə ölkənin bir çox sahəsinə təsir edir.
“Lakin ən çox əhali bundan əziyyət çəkir. Başlıca olaraq da qadınların vəziyyəti pisdir. Cəmiyyətimizdə qadının yeri çox aşağı səviyyədə göstərilir. Buna da səbəb Fransa müstəmləkəçiliyidir.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə bu cür tədbirin keçirilməsi çox vacibdir. Çünki bu platforma vasitəsilə səsimizi çatdıra bilirik. Xəbərdar olmayanlar belə baş verənləri bilir, öyrənir. Beləliklə, müstəmləkə və qadınların istismarı, hüquqsuzluğu məsələləri öz həllini tapa bilər”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.