...

Azərbaycanda bir neçə regionda heptatit A virusuna yoluxma halları var

Cəmiyyət Materials 24 Noyabr 2023 14:51 (UTC +04:00)
Azərbaycanda bir neçə regionda heptatit A virusuna yoluxma halları var
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkəmizdə bir neçə regionda hepatit A virusuna yoluxma halları var.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, bu virus xəstə insanlardan sağlam insalara su, qida, istifadə edilən məişət əşyalarına təmas yolu ilə keçə bilər.

"Ola bilər ki, insan bu virusa yoluxsun amma 1 ay, 40 gün ərzində hiss etməsin. İlkin olaraq halsızlıq, ürəkbulantı, hərarət yüksəlməsi ola bilər. Dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması xəstəliyin ciddiliyini bildirir. Hepatit A virusu 3-4 ildən bir kiçik alovlanmalar verən bir xəstəlikdir. Hazırda vəziyyət stabildir. Məktəblərdə, bağçalarda, insanların bir məkanda eyni əşyalardan istifadə etdiyi yerlərdə bu xəstəlik yayılır",- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti