...

Diplomların tanınma müddəti endirilib - Kamran Rəsulov

Cəmiyyət Materials 28 Noyabr 2023 14:57 (UTC +04:00)
Diplomların tanınma müddəti endirilib - Kamran Rəsulov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəlki dövrdə diplom tanınma müddəti uzun idi.

Trend xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, indi isə 12 iş günündə cavab verilir.

“Peşə tanınmasına ehtiyac yoxdursa, sərhəd keçməni yoxlayaraq diplom tanınması həyata keçirilir. Mühəndislik, hüquqşünaslıq və həkimlik ixtisasında isə sənədlər yoxlanıldıqdan sonra onları müvafiq olaraq DİM və Səhiyyə Nazirliyinə yönləndiririk. Onlar imtahan verir və peşə tanınması həyata keçirilir. Əvvəl yalnız tanınma idi. İndi isə bu proses bir neçə istiqamətə bölünüb.

Baxılma və icra müddəti 3 aydan 12 iş gününə endirilib”, - deyə o bildirib.

Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Xəbər lenti

Xəbər lenti