Bakı. Trend:
Selektiv abortlar baş alıb gedir. Bu, qanunla bu qadağandır. Buna riayət etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.
"Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, hamilə vaxtı ən xırda patologiyanı belə aşkara çıxarır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar iştirak edir.