...

Paytaxtda işlətdiyi kafedə qumar oyunları təşkil edən şəxs ƏLƏ KEÇİB

Cəmiyyət Materials 30 Noyabr 2023 11:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məhəmmədi qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunlarının təşkili aşkar edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Özünə məxsus kafedə qumar oyunları təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti