...

Qaxda zəncirvari qəza - Yaralılar var (YENİLƏNİB)

Cəmiyyət Materials 1 Dekabr 2023 13:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Qaxdakı qəza ilə bağlı məlumat yayıb.

Trend nazirliyə istinadən xəbər verir ki, Qax şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bununla əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" və "Ford" markalı iki yük avtomobili və “Москвич” markalı minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

Qax şəhərinə giriş hissədə, dairəvi meydanda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində sürücülər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qəza sürücülərdən birinin yol-hərəkət qaydalarına və nişanlara məhəl qoymaması nəticəsində baş verib.

Qəzada yaralanan şəxslər hadisə şahidlərinin köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hər iki sürücü müayinədən keçib, müalicələr təyin olunub. Onların müalicələri xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti