...

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Cəmiyyət Materials 2 Dekabr 2023 19:57 (UTC +04:00)

Bakı. Trend:

Gəncədə bədbəxt hadisə baş verib.

Trend xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb. 47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti