...

Azərbaycanın tarixi izləri ermənilər tərəfindən bilərəkdən silinib - Türkiyəli professor

Cəmiyyət Materials 5 Dekabr 2023 11:48 (UTC +04:00)
Azərbaycanın tarixi izləri ermənilər tərəfindən bilərəkdən silinib - Türkiyəli professor
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər Cənubi Qafqazda azərbaycanlıların izlərini silməyə çalışıblar.

Trend xəbər verir ki, bunu Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş “Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Tarixi faktlara da nəzər salsaq, görərik ki, tarix boyu İrəvana səyahət edən səyyahların yazılarında ermənilərə aid hər hansı məlumata rast gəlinmir. Azərbaycanın tarixi izləri ermənilər tərəfindən bilərəkdən silinib. Qərbi Azərbaycanda ermənilər Azərbaycan torpaqlarını erməniləşdirdi və beynəlxalq ictimaiyyət susdu, heç kəs səsini qaldırmadı”, - deyə o bildirib.

Qeyd edək ki, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə 30 ölkədən 100-dən çox qonaq iştirak edir.

Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.

Xəbər lenti

Xəbər lenti