Bakı. Trend:
Ən əsası torpaqlarımızın düşməndən azad edilməsi idi ki, bu da Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən həyata keçirildi.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Rima İbrahimova deyib.
Onun sözlərinə görə, 30 ildən sonra artıq 57 yaşında Füzuliyə qayıdır.
“Allah Prezidentimizi var eləsin, bizi torpaqlarımızın işğaldan
azad edilməsi üçün bütün səyini göstərdi.
Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin.
İndi çox sevinirəm ki, öz yurduma, doğma elimə qayıdıram. Artıq
evlə də təmin olunmuşuq”, - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 333 ailənin, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.