...

Rusiya tərəfinin vəsatətləri əsasında 3 nəfər qarşı tərəfə təhvil verilib

Cəmiyyət Materials 7 Dekabr 2023 13:09 (UTC +04:00)
Rusiya tərəfinin vəsatətləri əsasında 3 nəfər qarşı tərəfə təhvil verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfinin vəsatətləri əsasında 3 nəfər qarşı tərəfə təhvil verilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Rusiyada zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma əməlinin törədilməsində təqsirləndirilərən Türkmənistan vətəndaşı Atamıradov Maqtımqulı Atamıradoviçin və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar qəsdən adam öldürmə və quldurluq əməllərinin törədilməsində təqsirləndirilən Rusiya vətəndaşı Nəsirov Sərdar Süleyman oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair, eləcə də, qəsdən sağlamlığa ağır zərər vurma əməlinin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Rusiya vətəndaşı Mikailov Misir Babaqədir oğlunun barəsində çıxarılmış hökmün icrasını təmin etmək üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatətləri Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

M.Atamıradov cari ilin sentyabrında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, S.Nəsirov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərilə, M.Mikailov isə bu ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və barələrində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan şəxslər barəsində "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərarlar qəbul edilib və onlar bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti