Bakı. Trend:
Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ictimai iaşə obyektində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250m² olan kafenin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mətbəxin taxtadan ibarət arakəsmə divarı və dekor 6m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin alçıpandan ibarət tavanı 4m² sahədə yararsız hala düşüb.
Kafenin böyük hissəsi və mənzillər yanğından mühafizə olunub.
xxx
11:20
Bakıda obyektdə yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində obyektdə yanğın olub.
Qeyd edilib ki, nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.