...

Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərildi

Cəmiyyət Materials 11 Dekabr 2023 14:44 (UTC +04:00)
Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib.

Trend xəbər verir ki, bu barədə Lənkəran Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 19-da Lənkəran bələdiyyəsinin sabiq sədri Aygün Mirzəyevanın qanunsuz hərəkətləri ilə barədə mediada yayılmış məlumatlar əsasında rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Aygün Mirzəyevanın qeyd olunan vəzifədə işlədiyi müddətdə xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aygün Mirzəyevaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti