...

“AzerGold” QSC və onun törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2023 17:35 (UTC +04:00)
“AzerGold” QSC və onun törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Bakı. Trend:

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümündə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Fəxri Xiyabanı ziyarət edib.

Ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti