Bakı.Trend:
Laçın mənim aldığım nəfəsdir.
Bunu Trend-ə açıqlamasında Zabux kənd sakini Abbasov Rövşən deyib
O bildirib ki, Zabuxa köçməyi həsrətlə gözləyirdi.
"Zabuxda yaxşı şərait yaradılıb. Mən də dövlətimizin yaratdığı şəraitdən istifadə edərək bizneslə məşğul olmaq istəyirəm. Bu günləri bizə yaşatdığına görə, şəhidlərimizə, qazilərimizə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirəm", - deyə o bildirib.
Qeyd edək ki, bugün Laçının Zabux kəndinə 25 ailə - 92 nəfər köçürülür.