Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) hesablamalarına görə, pik saatlarında yüklənməni azaltmaq üçün 2400 avtobus fəaliyyət göstərməlidir.
Trend xəbər verir ki, bunu AYNA-nın sədri Anar Rzayev "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Hesablamalarımıza görə, pik saatlarında yüklənməni azaltmaq üçün 2400 avtobus fəaliyyət göstərməlidir", - deyə o, qeyd edib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 1,366 milyard nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Qeyd olunan dövrdə sərnişinlərin 94,6 faizi avtobuslarla, 5,4 faizi isə taksi və digər özəl daşıyıcılarla daşınıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)