...

Bakı-Sumqayıt yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ - Cəza tədbirləri sərtləşdiriləcək

Cəmiyyət Materials 18 Dekabr 2023 13:21 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Sumqayıt yolunda avtobuslar üçün nəzərdə tutulmuş xüsusi zolaqdan digər nəqliyyat vasitələrinin istifadə etməməsi üçün cəza tədbirləri sərtləşdiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.

"Bu zolağa çıxan digər nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur. Onların cəzalandırılması üçün tədbirlərin sərtləşdirilməsi imkanını nəzərdən keçiririk. Bu yolda monitorinq üçün avadanlığın quraşdırılması və digər tədbirlərin görülməsi planlaşdırılır. Müvafiq layihə artıq hazırlanıb və yeni qanun tezliklə qüvvəyə minəcək", - deyə nazir müavini qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın Daxili İşlər Nazirliyi bildirib ki, Bakı-Sumqayıt yolunda avtobuslar üçün nəzərdə tutulmuş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusları tıxaclarda dayanmağa məcbur edirlər. Bu isə inzibati hüquq-pozuntusu hesab edilir və 40 manat dəyərində cərimənin tətbiq edilməsini nəzərdə tutur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti