...

İşğaldan azad edilən ərazilərdə daha 64 mina aşkarlanıb

Cəmiyyət Materials 25 Dekabr 2023 12:21 (UTC +04:00)
İşğaldan azad edilən ərazilərdə daha 64 mina aşkarlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Qeyd edilib ki, ötən həftə - 18-24 dekabr tarixlərində 11 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 307 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 487.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti