...

UNEC-də "Heydər Əliyevin həyatının unikal səhifələri" kitabının təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2023 17:47 (UTC +04:00)
UNEC-də "Heydər Əliyevin həyatının unikal səhifələri" kitabının təqdimatı olub (FOTO)

Bakı. Trend:

UNEC-in Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, Əməkdar elm xadimi, 91-lərin nümayəndəsi, professor Şahlar Əsgərovun müəllifi olduğu "Heydər Əliyevin həyatının unikal səhifələri" kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən UNEC rektoru professor Ədalət Muradov kitabın ərsəyə gəlməsindən danışıb. Rektor Ulu Öndərin zəngin irsi ilə bağlı tədqiqatların aparılmasının və təbliğinin vacibliyinə diqqət çəkərək, UNEC Ekonofizika Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kitabın bu istiqamətdə mühüm rol oynayacağını bildirib. “UNEC Rəqəmsal Mətbəə”də nəfis tərtibatla çap olunmuş kitabda professor Şahlar Əsgərovun Ümummilli Lider Heydər Əliyevin bənzərsiz və fenomenal həyatının unikal səhifələri haqqında düşüncələrinin və xatirələrinin əks olunduğunu deyib. “Heydər Əliyevin həyatının unikal səhifələri” respublika əhəmiyyətli aparıcı kitabxanalara, eləcə bir sıra ali təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunacağını bildirib.

Kitabın müəllifi UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri professor Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yeni dövlət kimi qurulmasındakı misilsiz xidmətlərindən, fenomenal idarəçilik bacarıqlarından söz açıb. Kitab haqqında məlumat verən prof. Şahlar Əsgərov burada dahi şəxsiyyətin həyatının unikal səhifələri barədə öz xatirələrinin, eləcə də Ulu Öndərin aforizmlərinin yer aldığını bildirib.

Tədbir iştirakçıların Ümummilli Lider Heydər Əliyev haqqında çıxışları ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti