...

Ötən ay 3 nəfər zəhərlənmədən ölüb

Cəmiyyət Materials 8 Yanvar 2024 11:52 (UTC +04:00)
Ötən ay 3 nəfər zəhərlənmədən ölüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

123 nəfər dekabr ayında zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, dekabr ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

Bildirilib ki, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.

"Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib.

2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib.

Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti