Bakı. Trend:
10-13 yanvar tarixlərində Cenevrədə Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlığı
çərçivəsində 27-ci Ali Səviyyəli Toplantısını keçirib.
“Çoxtərəfliliyin Gələcəyi: Gələcəyin Beynəlxalq
Əməkdaşlıq üçün Yeni Qlobal Nizama Ehtiyac” başlığı altında baş
tutmuş toplantıda sağlamlıq, sülh və təhlükəsizlik, süni intellekt,
multilateralizm və bir çox digər mühüm məsələlər müzakirə olundu.
Toplantının açılışında Mərkəzin həmsədrləri xanım
Vayra Vike-Frayberqa, Dr. İsmayıl Səragəldin, BMT-nin Cenevrə
ofisinin baş direktoru xanım Tatyana Valovaya, Finlandiyanın sabiq
Prezidenti Tarya Halonen və Serbiyanın sabiq Prezidenti Boris Tadiç
çıxış etdi.
O cümlədən, Ali Səviyyəli toplantıda Ümumdünya
Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus,
Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo- İveala,
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Filippo Qrandi,
İnformasiya Texnologiyaları Birliyinin Baş katib müavini Tomas
Lamanauskas, Bolqarıstanın sabiq Prezidenti cənab Rozen
Plevneliyev, Xorvatiyanın sabiq Prezidenti cənab İvo Yosipoviç,
Sloveniyanın sabiq Prezidenti cənab Borut Pahor, Moldovanın sabiq
Baş naziri cənab Kiril Qaburiç, Ərəb Dövlətləri Liqasının sabiq Baş
katibi cənab Əmr Musa daxil olmaqla dünyanın 30-dan çox ölkəsindən
20 sabiq ölkə və hökumət başçısı, və digər 70-dən çox ali səviyyəli
qonaqlar iştirak etdi.
Həmçinin tədbir çərçivəsində XI Qlobal Bakı Forumuna
və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
hazırlıq məqsədi ilə müzakirələr keçirildi.