...

UNESCO Yaponiya ilə birlikdə Ukraynaya 14,6 dollar ayıracaq

Cəmiyyət Materials 8 Fevral 2024 05:56 (UTC +04:00)
UNESCO Yaponiya ilə birlikdə Ukraynaya 14,6 dollar ayıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Yaponiyanın dəstəyi ilə mədəniyyət və təhsilin inkişafı üçün Ukraynaya 14,6 milyon dollar ayıracaq.

Trend-in məlumatına görə, bu barədə UNESCO-nun saytında məlumat verilib.

"Bu gün UNESCO-nun baş direktoru Odri Azule və Yaponiyanın UNESCO yanında daimi nümayəndəsi Takehiro Kano Ukraynaya dəstək məqsədilə 14,6 milyon dollarlıq maliyyə sazişi imzalayıblar", - deyə bildirilib.

Qeyd olunub ki, bu vəsaitlər “Ukraynada mədəniyyət, təhsil və medianı canlandırmaq” üçün nəzərdə tutulub. "Təşkilat mədəni irsə dəyən zərərin monitorinqini və qiymətləndirilməsini də gücləndirəcək", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti