...

Sumqayıtda “Kalaşnikov” satan şəxs ƏLƏ KEÇDİ

Cəmiyyət Materials 15 Fevral 2024 10:00 (UTC +04:00)
Sumqayıtda “Kalaşnikov” satan şəxs ƏLƏ KEÇDİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş paytaxt sakini Yaqub Dadaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin, eləcə də “Kalaşnikov” markalı avtomat, patron darağı və 33 ədəd patron aşkar olunaraq götürülüb.

Y. Dadaşov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti