...

Azərbaycanın qadın minaaxtaranlarının aşkarladığı minaların sayı AÇIQLANDI (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2024 11:56 (UTC +04:00)
Azərbaycanın qadın minaaxtaranlarının aşkarladığı minaların sayı AÇIQLANDI (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətinin işıqlandırılması məqsədilə Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə mediatur təşkil olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşü keçirilib.

Bildirilib ki, ərazidə ümumilikdə 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri və onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərir.

Qeyd olunub ki, həmin qruplar tərəfindən indiyədək 595,258 kv/metr ərazi minalardan təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

BAMF-ın prezidenti Umud Mirzəyev qadın minaaxtaranlar layihəsi haqqında məlumat verib.

BAMF-ın nümayəndsi Ruslan İbrahimbəyli media nümayəndələrinə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici söhbət aparılıb.

Diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-dan 2024-cü il fevralın 14-dək 345 nəfər mina qurbanı vardır, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti