Bakı. Trend:
Bakıda torpaq sahəsindən 8 min manatlıq tikinti materialları oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-na keçən gecə Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.