...

Azərbaycan - Kosovo matçının başlama vaxtı dəyişdirilib

Cəmiyyət Materials 20 Fevral 2024 20:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Kosovo basketbol yığmaları arasında fevralın 25-də keçiriləcək oyunun başlama vaxtı dəyişdirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 2027-ci il FİBA Dünya kubokunun seçmə mərhələsi çərçivəsində baş tutacaq oyun saat 14:00-da start götürəcək.

Matçın əvvəlcə saat 19:00-da start götürməsi nəzərdə tutulmuşdu. Oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, millimiz qrup mərhələsinin ilk görüşündə fevralın 22-də İsveçrə ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti