Bakı. Trend:
Xırdalanda mağazadan külli miqdarda oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində mağazaların birindən 18460 manat pul oğurlamaqda şübhəli bilinən Ramiz İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.