...

Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb - Vəkil

Cəmiyyət Materials 21 Fevral 2024 12:27 (UTC +04:00)

Bakı. Trend:

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistan tərəfindən 4 maddə ilə axtarışa verilib.

Trend xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində vəkil Ələkbər Qarayev söyləyib.

Onun sözlərinə görə, K.Zeynallı Rusiyada Ermənistanın sorğusu əsasında saxlanılıb.

“Ermənistan 2020-ci il sentyabrın 29-da Kamil Zeynallını 4 maddə ilə axtarışa verib. Ötən gecə o, Rusiyada şübhəli şəxs kimi saxlanılıb. Prokurorluqda hazırda iş aparılır. Əgər əlavə materiallar göndərilərsə, Kamil Zeynallıya qarşı həbs qətimkan tədbiri tətbiq oluna bilər”, - deyə o bildirib.

Vəkil əlavə edib ki, Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir.

Qeyd edək ki, 21 fevral tarixində Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib. Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Xəbər lenti

Xəbər lenti