...

Radardan yayınmaq üçün müxtəlif üsullara əl atanlara XƏBƏRDARLIQ (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2024 19:39 (UTC +04:00)
Radardan yayınmaq üçün müxtəlif üsullara əl atanlara XƏBƏRDARLIQ (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən xəbərə görə, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti