...

Türkiyə-Azərbaycan Universitetində təhsil alan tələbələr hansı diplomu alacaq?

Cəmiyyət Materials 24 Fevral 2024 13:36 (UTC +04:00)
Türkiyə-Azərbaycan Universitetində təhsil alan tələbələr hansı diplomu alacaq?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq. Layihənin ən mühüm xüsusiyyəti Türkiyənin ən köklü və güclü universitetlərinin proqramlarını eyni vaxtda bir universitet altında bir araya gətirməkdir.

Trend xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar deyib.

O qeyd edib ki, Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək.

"Qəyyumlar Şurası daha sonra hansı proqramların açılacağını müəyyənləşdirəcək. Qəyyumlar Şurası Türkiyə və Azərbaycandan ali təhsil sahəsində ekspertlərdən ibarət olacaq. Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilər.

Proqram, Türkiyədə hansı universitet ilə açılırsa, o universitetin diplomu veriləcək. Məsələn, Hacettepe ilə açılırsa, tələbə Hacettepenin diplomunu alır, İstanbul Texniki Universitet ilə açılırsa, tələbə həmin universitetin diplomunu alır. Bu yeni modeldə Türkiyə universitetləri açacaqları proqramların tədris planını, kredit saatlarını və professor-müəllim heyətini müəyyən edə biləcək. Proqram, Türkiyə ilə hansı universitet ilə açılırsa, o universitetin diplomu veriləcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti